Mədinə nənənin 33 yaşı olanda əvvəl həyat yoldaşını, sonra isə atasını itirir. Ailəni saxlamaq üçün işləmək lazım idi. Amma işsizlik onu təndir hazırlamağa məcbur edir. Yavaş-yavaş təndir hazırlayıb, satmaqla məşğul olur. Onun təndirləri Rusiya, Ukrayna, Moldova və s kimi ölkələrə kimi gedib çıxır.
Əməkdaşımız Əziz Kərimov bu dəfə Şamaxının Keçməddin kəndinə baş çəkib. Deyilənə görə, mətbuatdan hələ heç kim bu kəndə baş çəkməyib. 2018-ci ildə prezident İlham Əliyev bu kəndə yol çəkilməsi haqda sərəncam imzalayıb, amma bu sərəncam hələ də icra edilməyib.