Gürcüstanda Xədicə İsmayıla dəstək aksiyaları keçirlib

Tbilisidə Xədicə İsmayıla dəstək aksiyası

Dekabrın 10-da Azərbaycanın Tbilisidəki səfirliyi qarşısında, habelə Batumidəki konsulluq qarşısında jurnalist Xədicə İsmayılın həbsinə tiraz aksiyaları keçirilib.

“Azadlıq” radiosunun məlumatına görə aksiya iştirakçıları gürcü və ingilis dillərində plakatlar və Azərbaycanlı jurnalistin fotoşəkillərini qaldırıblar.

Plakatlarda “Azərbaycan hökuməti, vətəndaşların hüquqlarına hörmət et!”, “Azadlıq qazdan daha mühümdür!”, “Xədicə İsmayıla azadlıq!” şüarları yazılıb. Aksiyalar insidentsiz ötüşüb.

Xədicə İsmayıl dekabrın 5-də 2 ay müddətinə həbs edilib, o, vətəndaşı özünü öldürmə həddinə çatdırmaqda ittiham olunur.