Leyla Yunus və digər Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsi jurnalist Xədicə İsmayılın həbsini pisləyən bəyanatla çəıxış edib. Sənəddə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin anti-qərb məqaləsi də kəskin tənqid edilir.
Sənəddə deyilir:
Yerli və beynəlxalq ictimai rəydə dayaqlarını və nüfuzunu surətlə itirən Əliyev rejimi hakimiyyətini qorumağın yeganə yolunu Azərbaycan xalqını qorxu xofu altında saxlamaqda görür. Bunun üçün hakimiyyət bütün davamlı təpkilərə baxmayaraq vətəndaş cəmiyyəti, azad mediaya qarşı repressiyalarını davam etdirir. Təəssüf ki, bu repressiyalar rəsmi Bakının Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik etdiyi ötən 6 ayda azalan deyil, artan xətt üzrə davam etdi. Ölkənin ən tanınmış hüquq müdafiəçiləri, ictimai fəalları həbsə atıldı, bir sıra qanunlara mürtəce dəyişikliklər edildi, QHT- lərin bank hesabına həbslər qoyuldu, onlarca vətəndaş cəmiyyəti fəalı ölkəni tərk etmək məcburiyyətində qaldı.
Təəssüflə qeyd etmək lazımdır ki, ictimai- siyasi fəallara qarşı aparılan repressiyalar artıq dövlətin rəsmi siyasətinə çevrilib. Hüquq mühafizə orqanları Prezident Admionistrasiyasının rəhbəri Ramiz Mehdiyevin dərc etdirdiyi Azərbaycan konstitusiyası ilə ziddiyyət təşkil edən, anti-qərb məqaləsinin ardınca yeni həbslərə start vermişdir. Bu addımlardan biri, heç şübhəsiz hakimiyyətin uzun müddətdir ki, susdurmaq istədiyi tanınmış araşdırmaçı jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın şərlənərək həbs edilməsidir.
Xədicə İsmayıl tanınmış, istedadlı jurnalist olmaqla yanaşı həm də vətəndaş cəmiyyəti fəalıdır. Heç şübhəsiz onun şərlənərək həbs edilməsində bu amillər, xüsusən onun dövlət başçısı İlham Əliyevin və ailə üzvlərinin gizli biznesləri barədə yazdığı araşdırma yazılar xüsusi yer tutur. Xədicə xanım son illərdə Azərbaycan cəmiyyətində yeni dəyərlərin daşıyıcısı kimi bir növ simvola çevrilmişdir. Bu dəyərlərin çıxış nöqtəsini düzlük, doğruçuluq, vicdanlı həyat tərzi, xalqın malını mənimsəyən, korrupsiyaya qurşanan saxta vətənpərvərlik dalğasında öz maddi maraqlarını gizlədən bir sıra dairələrə qarşı mübarizə təşkil edir. Xədicə İsmayıl öz peşəsinə sadiq bir jurnalistdir və Azərbaycan hakimiyyətinin ona qarşı uzun müddətdir apardığı təqib siyasəti onun iradəsini sındıra bilməmiş, onu mübarizədən çəkindirə bilməmişdir.
Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsi hesab edir ki, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı irəli sürülən ittihamlar absurd, gülünc və qondarmadır. Tanınmış jurnalistin həbsi fərqli fikrə, tənqidə dözümsüzlük, ifadə azadlığının boğulmasıdır. Hakimiyyət onu susdurmaq, qisas almaq və cəmiyyətdə qorxu xofu yaratmaq üçün xeyli müddət idi ki, bu həbsi həyata keçirmək istəyirdi.
Amma Əliyev rejimi bilməlidir ki, xalqa qarşı sərgilənən hələ heç bir qorxu, təhdid və həbslər diktatorlara qarşı dirənişin müqavimətini qıra, onları sonadək hakimiyyətdə saxlaya bilməyib. Biz inanırıq ki, tarixin müəyyən mərhələsində dəfələrlə ugurla sınaqdan çıxmış bu təcrübə Azərbaycanda da öz təcəssümünü tapacaq. Bütün repressiyalara baxmayaraq xalqımız öz mübarizəsi ilə azadlığına və demokratik inkişafına nail olacaq.
Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi belə qanunsuz həbslərə son qoymağı, vətəndaş cəmiyyəti fəallarına qarşı aparılan repressiyaların durdurdurulasını, həbsdə olan bütün siyasi məhbusları qeyd- şərtsiz azadlığa buraxmasını tələb edir.
Öz növbəsində Azərbaycan hakimiyyəti ölkədə insanların qanunsuz həbsini inkar edir. Prezident İlham Əliyev Azərbaycanda siyasi məhbusalrın olmadığını bildirib. Prezident Adminsitrasiyasının şöbə müdiri Əli Həsənov isə Xədicə İsmayılın əməlinə görə həbs edildiyini bəyan edib.
Buna baxmayaraq beynəlxalq və yerli ttəşkilatlaer çoxsaylı insanın həbsinin siyasi məqsədlərlə həyata keçirildiniyi bildirib. Amnestry İnternational Azərbaycanda 30-dan çox insanı “vicdan məhbuisu” elan edib.