Avropa İttifaqı Xədicə İsmayılın həbsini pisləyir

Avropa İttifaqı

Avropa İttifaqı Xədicə İsmayılovanın həbsini pisləyib. Bu barədə Aİ-nin saytı məlumat yayıb.

“Azərbaycan hakimiyyətinin jurnalist Xədicə İsmayılovanı özünü öldürmə həddinə çatdırma ittihamı ilə həbs etməsi ifadə azadlığına və demokratik cəmiyyətə qarşı atılmış bir addımdır”, Avropa İttifaqının nümayəndəsinin bəyanatında deyilir.

“Azərbaycana ATƏT və Avropa Şurası qarşısındakı öhdəliklərinə əməl etməli, mətbuat azadlığını təmin etməlidir. Avropa İttifaqı Xədicə İsmayılovanın işini izləyəcək”,sənəddə qeyd edilir.

Rəsmi Bakı Xədicə İsmayılın həsbsinin cinayət əməli ilə bağlı olduğunu iddia edir. Hakimiyyət nümayəndələri ölkədə söz və mətbuat azadlığının təmin edildiyini, insanların fikrilərinə gtörə həbs edilmədiyini deyir.

Öz növbəsində yerli hüquq müdafiə təşkilatları 30-dan 100-dək siyasi məhbusun olduğnu bildirir. Amnesty İnternational 30-dan çox insanı “vicdan məhbusu” elan edib.