Accessibility links

Qırmızı Xaç Komitəsinin nümayəndələri Xədicə İsmayılla görüşüb (Yenilənib)


Jurnalist Xədicə İsmayıl
Jurnalist Xədicə İsmayıl

Təcridxana jurnalistə aparılan ərzaq məhsullarını qəbul etməyib.

Vəkil Elton Quliyev Xədicə İsmayıla görüşüb. Bu barədə jurnalist Əfqan Muxtarlı vəkilə istindaən Facebook səhifəsində yazıb.

“Xədicə İsmayl gumrahdır və dostlara salam göndərib. Saxlanma şəraitindən narazı deyil”, o qeyd edib.

Bu gün Qırmızı Xac Komitəsinin nümayəndələri jurnalistlə görüşüb.

***

Dekabrın 8-də ailə üzvlərinin jurnalist Xədicə İsmayıla apardığı ərzaq məhsulları Bakı İstintaq Təcridxanasında qəbul olunmayıb. Bu barədə jurnalist Əfqan Muxtarlı Amerikanın Səsinə məlumat verib.

Onun dediyinə görə ailə üzvlərinə təcridxanadan bildirilir ki, ərzaq məhsulları həftədə yalnız bir dəfə qəbul olunur.

Xədicə İsmayıl dekabrın 6-da Bakı İstintaq təcridxanasına köçürülüb.

Penitensiar Xidmətdən hələlik şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG