Obama borclarını vaxtında ödənə bilməsi üçün Konqresi 'vəzifəsini yerinə yetirməyə' çağırıb

  • Amerikanın səsi

Obama borclarını vaxtında ödənə bilməsi üçün Konqresi 'vəzifəsini yerinə yetirməyə' çağırıb

Prezidentin Konqresin liderləri ilə danışıqları bir saatdan az çəkib. Danışıqların detalları açıqlanmayıb. Cənab Obama bu gün Amerika xalqına müraciətində deyib ki, o, qanunvericilərin avqustun 2-i hökumətin vəasiti tükəndikdən sonra ödənişləri necə edəcəyi haqda suala cavab verməsini istəyir.

ABŞ prezidenti Barak Obama Respublikaçı spikerin milli borca dair danışıqlardan çıxmasından sonra bu gün Ağ Evdə Konqres nümayəndələri ilə görüşüb. Prezident Nümayəndələr Palatasının spikeri Con Beyner və palatada azlıqda olan demokratların lideri Nensi Pelosi, habelə Senatda əksəriyyətdə olan demokratların lideri Herri Rid və azlıqda olan respublikaçıların lideri Mitç Makkonnellə görüşüb. Danışıqlar bir saatdan az çəkib. Danışıqların detalları açıqlanmayıb. Cənab Obama bu gün Amerika xalqına müraciətində deyib ki, o, qanunvericilərin avqustun 2-i hökumətin vəasiti tükəndikdən sonra ödənişləri necə edəcəyi haqda suala cavab verməsini istəyir. ABŞ prezidenti deyib ki, tərəflər güzəştə getməlidir, əks halda heç nə əldə edilməyəcək. Nümayəndələr Palatasının spikeri Con Beyner cümə günü deyib ki, prezident Obamanın təklifi vergilərdən gəlirlərin yolverilməz bir şəkildə artırılmasını tələb edir. Bununla belə spiker ABŞ-ın ödənişləri yerinə yetirə biləcəyinə əmin olduğunu deyib. Prezident və qanunvericilərin məsələnin həlli yolunda bir razılaşma əldə etmələri gözlənilir ki, bu Auqustun 2-nə qədər hökumət borclarına qoyulmuş 14.3 trilion dollarlıq limitin dəyişdirilməsinə beləliklə öhdəliklərini yerinə yetirə bilmək üçün borc almağa davam etməsinə imkan yaradacaq.

.