Beynəlxalq Valyuta fondunun başçısı Kirstin Laqard Birləşmiş Ştatların borc limiti ilə bağlı yaranmış böhranı tez bir zamanda həll etməli olduğunu deyərək, əks halda bunun ciddi nəticələri olacağını bildirib. Bu gün Nyu-Yorkda Xarici Əlaqələr Şurasında danışan Laqard deyib ki, ABŞ Konqresinin liderləri və prezident Barak Obama ölkənin 14,3 milyard dollarlıq borc limitini artırmaq məsələsini ən tez zamanda həll etməlidir. Borc limitinin yüksəldilməməsi ABŞ-ın gələn həfrə maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsi qarşısında qoyur. Kristin Laqard deyib ki, ABŞ-ın maliyyə öhdəliklərini yerinə yetirə bilməməsinin təkcə Birləşmiş Ştatlar deyil, bütün dünya iqtisadiyyatı üçün çox ciddi nəticələri olacağını deyib.
Beynəlxalq Valyuta Fondunun başçısı ABŞ-ı borc limiti məsələsini tez həll etməyə çağırır
- Amerikanın səsi