Son möhlət yaxınlaşdıqca ABŞ-ın Konqres liderləri dünyanın ən zəngin ölkəsinin borc quyusuna düşməməsi üçün razılıq əldə etməyə çalışır. Nümayəndələr Palataının respublikaçı spikeri Con Beyner müxbirlərlə söhbəti zamanı deyib ki, hazırkı fikir ayrılıqlarının aradan qaldırılacağına ümid bəsləyir. Dünən Ağ Evdə prezident Barak Obama ilə görüş keçirən Beyner hökumətin məsrəflərinin gələn 10 il ərzində 4 trillion azaldılmasını istəyir. ABŞ-ın maliyyə naziri Timoti Qaytner da inandığını bildirib ki, razılıq əldə ediləcək. CNN tele-kanalına müsahibəsi zamanı nazir deyib ki, Amerikanın öhdəliklərinə əməl etmədiyini düşünmək belə istəmir. Avqust ayının 2-i hökumətin borc almasına yol verəcək razılığın əldə edilməsinin son möhlətidir.
ABŞ-ın Konqres liderləri dünyanın ən zəngin ölkəsinin borc quyusuna düşməməsi üçün razılıq əldə etməyə çalışır
- Amerikanın səsi