Accessibility links

Amerikanın dövlət başçısı 3 ştata avtobus turnesinə çıxıb


Amerikanın dövlət başçısı 3 ştata avtobus turnesinə çıxıb
Amerikanın dövlət başçısı 3 ştata avtobus turnesinə çıxıb

Bu gün Amerikanın dövlət başçısı 3 ştata avtobus turnesinə çıxıb. Turne onun iqtsiadi dirçəliş fəaliyyətlərinə dair tənqidlərə cavab mahiyyəti daşıyır. ABŞ prezidenti Barak Obama dünya hadisələrinin Amerika iqtisdiyyatına ciddi təsir göstərdiyini deyib. Lakin o, Konqresi ölkədə məsrəflərə dair mübahisələri həll etməməkdə günahlandırıb. Minnesota ştatının Kannon Falls şəhər parkında keçirdiyi görüş zamanı dövlət başçısı bildirib ki, demokratlarla respublikaçılar arasında borclarla bağlı mübarizə iqtisadiyyata özümüz tərəfindən vurulan ən böyük zərbədir.

Barak Obama Amerikanın bu probleminin həlli üçün hər bir şəxsin az da olsa, iş görməsinin vacibliyini qeyd edib. Prezident daha sonra Ayova və İllinoisda olacaq.

XS
SM
MD
LG