Ukraynanın sabiq baş naziri həbsxanada aclıq elan edib

Ukraynanın həbsdə olan sabiq baş naziri Yuliya Timoşenkonun vəkili keçən həftə həbsxana nəzarətçiləri tərəfindən döyüldüyünə görə xanım Timoşenkonun aclıq elan etdiyini deyib. Vəkil Sergey Vlasenko bildirib ki, keçən həftənin cümə günü Yuliya Timoşenkonun xəstəxanaya aparılarkən döyülüb. Vəkil xanım Timoşenkonun qollarında və qarın nayihəsində döyülmə izlərinin olduğunu deyib.

Prokurorluq Timoşenkonun razılığı olmadan xəstəxanaya çatdırıldığını etiraf etsələr də, onun döyüldüyünü inkar ediblər.

Bel nahiyəsində ağrılar olduğuni deyən Yuliya Timoşenko müalicəyə ehtiyacı olduğunu, lakin həbsxana həkimlərinə inanmadığını bildirir. O, xarici həkimlərin müayinəsini tələb edib.