Accessibility links

Merkel Timoşenko azad edilməsə Ukraynaya səfərini təxirə sala bilər


Qərb mətbuat agentliklərinin verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkel Kiyev hökumətinin keçmiş baş nazir Yuliya Timoşenkonu həbsdə saxlamasına etiraz olaraq, iyun ayında futbol üzrə Avropa çempionatı ilə əlaqədar Ukrayana səfərini təxirə sala bilər.

Almaniynın Şpigel jurnalı adının açıqlanmadığı mənbəyə istinadən xəbər verib ki, Timoşenko oyunların başlamasına qədər həbsdən azad edilməsə, alman futbolçular matçları Merkel olmadan oynamalı olacaq. Kanlser Merkel adətən Almaniya yığmasının iştirak etdiyi oyunlara tamaşa edir.

Almaniyanın yüksək səviyyəli daha bir rəsmisinin isə Avropa ölkələrinin hökumətlərini keçmiş baş nazir Yuliya Timoşenkonun həbsinə etiraz olaraq Ukraynada keçiriləcək oyunlarını boykot etməyə çağırdığı haqda xəbər verilir.

Ətraf mühit naziri Norbert Roetgenin Ukrayna hökumətinin xanım Timoşenkonu dərhal azad etməli olduğunu dediyi bildirilir. Almaniya xarici siyasətinə birbaşa təsir etmək gücü olmayan ətraf mühit naziri Kiyev hökumətinin Timoşenkonun işi ilə bağlı mövqeyini tənqid edən mühafizəkar kansler Merkelin müttəfiqidir.

Yuliya Timoşenko Xarkov həbsxanasında onunla rəftara qarşı etiraz əlaməti olaraq bir həftədən artıqdır aclıq edir. Keçmiş baş nazir həbsxana mühafizəçilərinin onu zorla xəstəxanaya aparmaq üçün ona fiziki təzyiq göstədirdiklərini bildirir.

Prezident Viktor Yanukoviçin başlıca siyasi rəqibi olan 51 yaşlı Timoşenko hakimiyyətindən sui-istifadə etmək ittihamı ilə 7 il həbs cəzasına məhkum edilib.

Avropa İttifaqı Timoşenkonun həbsini siyasi motivlərlə əlaqələndirirərək, ona qarşı ittihamları tənqid edib. Timoşenkonun işi Avropa İttifaqına üzv olmaq istəyən Ukraynanın qurumla münasibətlərinə təsir göstərmişdir.

XS
SM
MD
LG