Accessibility links

Viktor Yanukoviç sabiq baş nazirin həbsxanada döyüldüyünə dair iddiaları istintaqa göndərib


Ukrayna prezidenti Viktor Yanukoviç sabiq baş nazirin həbsxanada döyüldüyünə dair iddialarla bağlı istintaqa göstəriş verib. Prezidentin göstərişi Ukraynanın insan hüquqları komissarı Nina Karpaçovanın araşdırmalar nəticəsində Yuliya Timoşenkonun bədənində döyülmə izləri olduğunu təsdiq etməsindən sonra verilib.Timoşenkonun vəkili keçən həftə həbsxana nəzarətçiləri tərəfindən döyüldüyünə görə xanım Timoşenkonun aclıq elan etdiyini demişdi. Vəkil Sergey Vlasenko bildirmişdi ki, keçən həftənin cümə günü Yuliya Timoşenko xəstəxanaya aparılarkən döyülüb. Vəkil xanım Timoşenkonun qollarında və qarın nayihəsində döyülmə izlərinin olduğunu deyib.

Prokurorluq Timoşenkonun razılığı olmadan xəstəxanaya çatdırıldığını etiraf etsələr də, onun döyüldüyünü inkar edib.

Bel nahiyəsində ağrılar olduğuni deyən Yuliya Timoşenko müalicəyə ehtiyacı olduğunu, lakin həbsxana həkimlərinə inanmadığını bildirir. O, xarici həkimlərin müayinəsini tələb edib.

Almaniya prezidenti Yuliya Timoşenkonun döyülməsinə etiraz olaraq, gələn ay Yaltada keçiriləcək görüşdə iştirak etməkdən imtina edib. Avropa İttifaqının Xarici Əlqələr şöbəsinin rəhbəri Katrin Aşton vəziyyətə görə narahatlığını bildirib .

Yuliya Timoşenko 2009-cu ildə Rusiya ilə təbii qaz razılığını vəzifəsindən sui-istifadə etməklə əldə etdiyinə görə 7 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG