Human Rights Watch: İlqar Məmmədova və Tofiq Yaqubluya qarşı ittihamlar uydurmadır

Human Rights Watch Azərbaycanda insan haqları sahəsində vəziyyətin pisləşdiyini bildirir

“Biz ehtiyat edirik ki, hakimiyyət iğtişaşların səbəblərini araşdırmaq əvəzinə günahı Yaqublunun və Məmmədovun üzərinə qoymağa cəhd göstərəcək”
Human Righs Watch İsmayıllı iğtişaşlarına bağlılıqda ittiham olunan İlqar Məmmədovla Tofiq Yaqublunun əsassız həbsini pisləyib.

“Biz hökuməti tənqid edənləri susmağa məcbur etmək üçün İsmayıllı hadisələrindən istifadə olunmasından narahatıq”, - Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə baş elmi işçisi Georgi Qoqiya bildirib.

“Hakimiyyət Məmmədovu və Yaqublunu məhkəməyə qədər həbsdən azad etməli və onların günahını sübut edən inandırıcı dəlillər təqdim etməlidir”, - o vurğulayıb.

Məmmədov və Yaqublu yanvarın 24 iğtişaşlar başlayandan sonra baş verənləri araşdırmaq üçün İsmayıllıya gediblər.

Yanvarın 29-da Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə bəyanatlarında bildiriblər ki, yanvarın 24-də Məmmədov və Yaqublu İsmayıllıya gedərək sabitliyi pozmaq üçün sakinləri polisə müqavimət göstərməyə, nəqliyyatın hərəkətini dayandırmağa çağırıblar.

“Biz ehtiyat edirik ki, hakimiyyət iğtişaşların səbəblərini araşdırmaq əvəzinə günahı Yaqublunun və Məmmədovun üzərinə qoymağa cəhd göstərəcək”, - Qoqiya qeyd edib.

Prokurorluq bildirir ki, Məmmədov və Yaqublu İsmayıllı rayonunun iki sakini – Elşən İsmayıllı, Mirkazımov və başqalarını yerli bələdiyyənin qarşısında toplaşaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atmağa razı salıblar. Həbs olunanlar bu ittihamları rədd edərək uydurma olduğunu bildiriblər.