Suriya təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində reyd keçirib

  • Amerikanın səsi

Suriya təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində reyd keçirib

Suriya təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbində yerləşən İblin kəndi istiqamətində irəliləyir. Fəalların bildirdiyinə görə, zirehli maşınların regiona daxil olmasından sonra bu gün avtomat atəşləri səslənib. Fransa xəbər agentliyi fəallara istinadən təhlükəsizlik qüvvələrinin keçirdiyi reyd zamanı xalqın tərəfindən keçən üç hərbiçini öldürdüyü haqda məlumat verib. Bu əməliyyat fəalların təhlükəsizlik qüvvələrinin Homs regionunda hökumət əleyhinə nümayişçilərin evlərinə reydlər zamanı 20 nəfəri öldürdüyü haqda məlumat verməsindən sonra keçirilir. Suriyanın dövlətə məxsus SANA xəbər agentliyi bildirir ki, hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələrinin Homsda silahlı terrorçu qrupları qətlə yetirdiyi haqda məlumat verib. Prezident Bəşar əl-Əsəd hökuməti insan ölümülə nəticələnmiş zorakılıqlara görə silahlı şəxslər və terrorçuları günahlandırıb.