Suriyanın təhlükəsizlik qüvvələri tərəfindən 3 adam öldürülüb

  • Amerikanın səsi

Suriyanın təhlükəsizlik qüvvələri tərəfindən 3 adam öldürülüb

Suriyanın təhlükəsizlik qüvvələri tərəfindən 3 adam öldürülüb. Qüvvələrin İdlib vilayətində nümayişçilərə divan tutulmasına etiraz edərək istefa verən baş prokuror Adnan Bakkorun axtarışını həyata keçirdiyi vaxt mülki əhali atəşə tutulub. Baş prokuror çərşənbə günü yayımlanan videoda istefa verdiyini bəyan etmişdi. Lakin hökumət onun oğurlandığını və məcbiri şəkildə istefasını etiraf etdiyini bildirir.

Bu arada, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri Dəməşqə iki günlük səfərə başlayıb. Onun prezident Əl-Əsədlə görüşü gözlənilir.