Suriyada qanlı toqquşmalar davam edir

  • Amerikanın səsi

Suriyada qanlı toqquşmalar davam edir

Azad Suriya Ordusu tanklarla müşayiət olunan hökumət qüvvələri ilə İordaniya sərhədi yaxınlığında toqquşub.

12-ci zirehli briqada cənubi Busra əl-Hərir qəsəbəsinə hücum edib. Toqquşmalar nəticəsində üç zirehli maşın yandırılıb. Oxşar döyüşlər ölkənin bir neçə cənub qəsəbəsində baş verib.

Ordudan qopan qüvvələr ölkənin cənub sərhədində gizlənmiş və burada sursat toplamağa başlamışlar.

Şimal-qərbi Kfar Taxarim qəsəbəsində baş verən döyüşdə iki mülki vətəndaş öldürülmüş, hökumətə məxsus iki hərbi maşın yandırılmışdır.

Bazar günündən başlayaraq Suriya müxalifəti ölkə boyu milləti tətilə çağırıb.

Dəməşqdə sükut hökm sürsə də ətraf bölgələrdə hökumət qüvvələri zorla binesləri işlətməyə çalışıblar.