Accessibility links

Suriyanın təhlükəsizlik qüvvələrinin 27 əsgəri öldürülüb


Suriyanın təhlükəsizlik qüvvələrinin 27 əsgəri öldürülüb
Suriyanın təhlükəsizlik qüvvələrinin 27 əsgəri öldürülüb

Suriyanın insan hüquqları müdafiəçiləri ordunu tərk edən əsgərlər tərəfindən təhlükəsizlik qüvvələrinin 27 əsgərinin öldürüldüyünü bildirir. Suriyanın Londonda yerləşən İnsan Hüquqları Müşahidəçi qrupunun bildirdiyinə görə, əsgərlər Dəraa vilayətində öldürülüb.

Ölkə boyu ümumilli tətillər isə davam edir. Fəallar prezident Bəşar Əl-Əsədin hakimiyyətinə mülki itaətsizlik yolu ilə son qoymağa çalışır.

Dünən təhlükəsizlik qüvvələri tərəfindən 25 adam öldürülmüşdü. Hücum zamanı onlarla insan yaralanmışdı.

Bu arada Human Rights Watch-un hesabatında Suriya ordusunun 74 komandir və rəsminin silahsız nümayişçilərə qarşı hücumlara görə məsuliyyət daşıdığını bəyan etdiyi bildirib.

BMT-nin baş katibi Ban Ki Mun beynəlxalq ictimaiyyəti bəşəriyyət naminə hərəkətə keçməyə çağırıb.

Vaşinqtonda isə Konqresin Xarici Əlaqələr Komitəsi Amerikanın Suriya siyasətini nəzərdən keçirir. Qanunvericilərin bəzisi Obama administrasiyasının Suriyada davam edən zorakılqarın sülh yolu ilə həlli səylərini sual altına alır.

XS
SM
MD
LG