Suriya fəalları bu gün Homs şəhərində keçirilən aksiyada 200 min nümayişçinin iştirak etdiyini bildirir. 9 aylıq etirazların mərkəzi olan bu şəhərdə keçirilən ən böyük nümayiş zamanı 17 nəfər öldürülüb. Suriyanın Londonda yerləşən İnsan Hüquqları Müşahidəçi qrupunun bildirdiyinə görə, təhlükəsizlik qüvvələri nümayişçiləri atəşə tutub. Bir nəfər həlak olub, iki uşaq yaralanıb.Qrup Dər Əl-Zur şəhərində də nümayişçilərə atəş açıldığını bildirir. Tələfat barədə məlumat verilmir.
Dünən ordunu tərk edən əsgərlər tərəfindən təhlükəsizlik qüvvələrinin 27 əsgərinin öldürüldüyü bildirilib.
Ölkə boyu ümumilli tətillər isə davam edir. Fəallar prezident Bəşar Əl-Əsədin hakimiyyətinə mülki itaətsizlik yolu ilə son qoymağa çalışır.