Ərəb Liqasının rəsmiləri Suriya prezidenti Bəşar Əl-Əsədi qrurumun təklif etdiyi sülh planını imzalamağa çağırıb. Qətərin baş naziri Şeyx Bin Jassim Əl-Tani deyib ki, Əsədin planı qəbul edəcəyindən xəbərdardır.
Omanın xarici işlər naziri Yusif Bin Ələvi Suriyanın bu təşəbbüsü qəbul edəcəyinə nikbinliklə yanaşdığını bəyan edib.
Plana əsasən müşahidəçilər Suriyada təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı zorakıqları dayandırmasını təminat altına almalıdır.
Qeyd edək ki, Ərəb Liqası Qətərdə Suriya böhranının həlli məqsədi ilə görüş keçirib. Misir, Əlcəzair,Sudan və Omanın xarici işlər nazirləri keçən həftə təxirə salınan görüşdən sonra yenidən bir araya gəlib.
Suriya fəalları dünən Homs şəhərində keçirilən aksiyada 200 min nümayişçinin iştirak etdiyini bildirir. 9 aylıq etirazların mərkəzi olan bu şəhərdə keçirilən ən böyük nümayiş zamanı 17 nəfər öldürülüb.
BMT bildirib ki, mart ayından bəri təhlükəsizlik qüvvələri tərəfindən 5000-ə yaxın insanın öldürüldüyünə dair etibarlı məlumat əldə edilib.