Suriya təhlükəsizlik qüvvələri bu gün hökumətə qarşı nümayişə çıxan adamlara atəş açıblar. Şahidlər və fəallar deyirlər ki, prezident Bəşar əl-Əsədin istefasına çağıran izdihama həqiqi güllələrlə atəş açılıb.
Qətl hallarının əksəriyyəti Dəməşq civarında qeydə alınıb. Burada minlərlə adam günorta ibadətindən sonra küçələrə axışıb.
Suriyanın başqa şəhərlərində, o cümlədən Dəra, Deir əl-Zur, və Qamışlıda nümayişçilər küçələrə çıxıblar. Nümayişlər Ramazan ayının ilk cüməsinə təsadüf edir.
Hökumət qüvvələrinin güclü basqıları ilə üzləşən Həma şəhərində də hökumət əleyhinə nümayişlər keçirilib.