Suriya qüvvələri tanklar və başqa növ silahlardan istifadə edərək Homs şəhərində hökumət əleyhinə nümayişçilərə basqıları intensivləşdiriblər. Sakinlər və fəallar deyirlər ki, hökumət qüvvələri evlərə reydlər keçirərək həbslər edən an Suriya tankları həyətlərdən çıxışların qarşısını alıblar. Bundan sonra güllə səsləri eşidilib. Siyasi fəallar və şahidlər bazar ertəsindən bəri Homs şəhərində hökumət tərəfdarlarının yeddi nəfər dəfn mərasimi iştirakçıları da daxil olmaqla azı 20 nəfəri öldürdüklərini deyirlər.