Suriyada fəallar və şahidlərin bildirdiyinə görə, ordunun tanklarının müşayiət etdyi əsgərlər ölkənin mərkəzi yerləşən Hama şəhərində vətəndaşlara atəş açaraq, 80 adamı öldürüb. Şahidlər şəhərdə pulemyot və tank mərmilərinin səslərinin gəldiyini bildirir. Tibb işçiləri xəstəxanalara çox sayda yaralı insanın gətirildiyini və qana ehtiyac olduğunu deyir. Ordunun şəhərə səhər sübh vaxtı daxil olduğu bildirilir. Həma prezident Bəşşar əl-Əsədə qarşı böyük nümayişlərə səhnə olmuşdur. 1982-ci ildə prezident Bəşşar əl-Əsədin atası Həmada etirazçıları susdurmaq üçün hərbi qüvvədən istifadə edərək, minlərlə vətəndaşı öldürmüşdü İnsan hüquqları qrupları bildirir ki, ölkədə hökumət əleyhinə nümayişlər başlayandan 1600 mülki vətəndaş həlak olub. Hökumət zorakılıqlarda terrorçuları və silahlı şəxsləri günahlandırır. Suriyada iğtişaşlar başlayandan ölənlərin sayını dəqiqləşdirmək çətindir. Belə ki, hökumət xarici media nümayəndələrinin çoxunun ölkəyə gəlişinə və ölkə ərazisində azad hərəkətinə imkan vermir.