Accessibility links

Suriyada siyasi partiyaların təşkilinə dair qanun layihəsi təsdiq edilib


Suriyada siyasi partiyaların təşkilinə dair qanun layihəsi təsdiq edilib
Suriyada siyasi partiyaların təşkilinə dair qanun layihəsi təsdiq edilib

Suriya hökuməti Bəs partiyasından əlavə digər siyasi partiyaların təşkilinə dair qanun layihəsini təsdiq edib. Çoxpartiyalı qanun prezident Bəşar Əl-Əsədin 4 ay davam edən eitiraz aksiyalarından sonra güzəşt kampaniyasının bir hissəsidir.

Suriyanın insan hüquqları müdafiəçiləri isə paytaxt Dəməşqdə qüvvələrin gecə çoxsaylı insanı həbs etdiyini bildirir. Suriya ordusunun Homs şəhəri ətrafında bəzi bölgələrin nəzarətini ələ keçirdiyi bildirilir. Homs prezident Bəşar Əl-Əsəd əleyhinə nümayişlərin mərkəzi hesab edilir. Suriya hökuməti nümayişçilərin arxasında gizlənməyə çalışan qüvvələri sabotajda ittiham edib. Suriyanın insan hüquqları müdafiəçiləri hökumətin nümayişçilərə qarşı zorakılıqları nəticəsində 1600-dən artıq insanın həlak olduğunu bildirir.

XS
SM
MD
LG