Siyahıdan 35 nəfər çıxarılıb, 10 nəfər əlavə edilib. Bundan öncə siyahıda 89 nəfərin adı var idi
Yanvarın 22-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının hüquqi məsələlər və insan hüquqları komitəsinin iclası keçirilib. İclasda Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar haqqında məruzəsi müzakirə olunub və düzəlişlər edilib.
Məruzəçinini siyasi məhbus siyahısında Azərbaycandan 89 nəfərin adı var idi.
Düzəlişlər bu siyasi məhbuslar siyahısının dəqiqləşdirilməsi ilə bağlı olub. Belə ki, məruzə tərtib edildiyi vaxtdan - 2012-ci ilin iyunundan etibarən bir sıra məhbuslar azadlığa buraxılıb və əfv edilib, bir məhbus – Vaqif Abdullayev isə (islamçı) vəfat edib.
Beləliklə, Ştrasserin ümumi siyahısından 35 nəfər çıxarılıb, amma 10 nəfər əlavə edilib: Nicat Əliyev (“Azad xəbər”), İlham Əmiraslanov (“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı), Dəyanət Babayev (AXCP), Araz Quliyev (Masallı, “xəbər44”), Mehman Hüseynov (RATİ), Hilal Məmmədov, Fəxrəddin Mirzəyev (Gəncə, “Yeqovo şahidləri”), Fərəməz Allahverdiyev (Naxçıvan, publisist), İlqar Rzayev (Alı Rzayevin qardaşı), Ramiz Tağıyev (Naxçıvan, AXCP).
Bundan başqa, hesabatda qeyd edilib ki, Fərhad və Rafiq Əliyevlər, Vaqif Hüseynov, Nemət Pənahlı, Elnur Seyidov və Əvəz Zeynallı səhhətləri ilə əlaqədar təcili azad edilməlidir.
Məruzə yanvarın 23-də AŞPA-da müzakirə olunacaq.