Sinan Oğan:Xocalı faciəsinin 20-ci ildönümündə parlamentdə qətnamənin qəbul ediləcəyinə inanıram

Sinan Oğan:Xocalı faciəsinin 20-ci ildönümündə parlamentdə qətnamənin qəbul ediləcəyinə inanıram

Türkiyə parlamentinin Xarici İşlər Komissiyasının üzvü, millət vəkili Sinan Oğan Xocalı faciəsi ilə bağlı bəyanatı şərh edir

Türkiyə parlamentinin Xarici İşlər Komissiyası bu gün Xocalı faciəsi ilə bağlı bəyanat qəbul edib. Yekdilliklə qəbul olunmuş sənəddə Xocalıda baş vermiş faciəli hadisələr insanlığa qarşı cinayət kimi qiymətləndirilir.

Milliyyətçi Hərəkat Partiyasından millət vəkili, parlamentin xarici işlər komissiyasının üzvü Sinan Oğan Amerikanın səsinə müsahibədə sənədin əhəmiyyətindən danışıb.

Millət vəkili Türkiyədə bu il Xocalı hadisələrinə siyasi və hüquqi qiymətin verilməsi məsələsinə xüsusi diqqət olduğunu vurğulayıb.