İqtidar müxalifəti, müxalifət iqtidarı günahlandırır. MSK sədri səsvermədə aktivlikdən məmnundur
Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin gedişinə müxtəlif münasibətlər var.
Mərkəzi Seçki Komissiyası (MSK) və iqtidar səsvermənin demokratik, azad və şəffaf keçirildiyini desə də müxalifət tam əks mövqedən yanaşır və kütləvi qanun pozuntularının olduğunu bildirir.
Müxalifət liderləri Turan agentliyinə aşağıdakı açıqlamaları verib:
Müsavat Partiyasının başqanı İsa Qəmbər Demokratik Qüvvələrin Milli Şurasının və xalqın namizədi Cəmil Həsənliyə səs verdiyini deyib.
Eyni zamanda, seçkilərin kütləvi saxtakarlıqla müşayiət olunduğunu söyləyib. Onun sözlərinə görə, iqtidar heç nəyə baxmadan nəticələrin saxtalaşdırılması üçün əlindən gələni edir. “Karusel” əməliyyatı işə salınıb, Milli Şuranın müşahidəçilərinə müşahidə maneçilikləri törədilir.
Bundan əlavə, Müsavat Partiyası başqanı seçkidə bir şəxsin bir neçə yerdə səsverməsi kimi üsulun işə salındığını nəzərə çatdırıb.
“Bu isə iqtdarın xalqın səsini qazana bilməyəcəyinin etirafıdır”, - deyə İ.Qəmbər saxtakarlıqların mahiyyətinə şərh verib.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ölkədə demokratik seçki mühiti olmamasına baxmayaraq, müxalifətin birləşməsi, seçkidə vahid namizədlə iştirakı, prezidentliyə namizəd Cəmil Həsənlinin uğurlu kampaniya aparmasının insanları səsverməyə həvəsləndirdiyini söyləyib.
O iqtidarın yenə də əvvəlki seçkilərdə olduğu kimi seçkiləri saxtalaşdırmaq yolu tutduğunu vurğulayıb. Belə ki, bülletenlər qutulara topa şəklində atılır, müxalifət müşahidəçilərinə müşahidə imkanı verilmir, “karusel” əməliyyatı işə salınır, icra qurumları seçki prosesinə qanunsuz müdaxilələr edirlər. Bununla yanaşı, AXCP sədri bu saxtakarlıqlara baxmayaraq, C.Həsənliyə səs vermək qərarında olan seçiciləri bu saxtakarlıqdan darıxmamağa, səsvermədən soyumamağa, seçki məntəqələrinə gedərək səs verməyə dəvət edib.
Öz növbəsində Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçicilərin fəallığından məmnundur.
Trend agentliyinin məlumatına görə, Pənahov qanun pozuntusu ilə bağlı müxtəlif xarakterli müəyyən müraciətlər edildiyini deyib.
“Amma MSK-ya səsvermənin nəticələrinə, hətta məntəqə səviyyəsində belə təsir edə biləcək hər hansı bir ciddi pozuntu rəsmi şəkildə daxil olmayıb. Biz operativ şəkildə bütün dairələrlə həmişə əlaqə saxlayırıq. Bir belə hal olub ki, seçki məntəqəsinin birində vətəndaş KİV adından istifadə etməyə çalışıb, hazırda bununla bağlı məsələni araşdırırıq. O, heç bir kütləvi informasiya vasitəsinin təmsilçisi deyil. Bizə bəzi məlumat gəlib ki, bir seçici bir neçə bülleteni götürüb qaçıb. Əlbəttə ki, bu, bizə bir az təəccüblü gəlir, çünki bu cür məsələlər yalnız təxribat xarakterli məsələlər olur".
MSK sədri deyib ki, ümumiyyətlə bir seçiciyə birdən çox bülletenə toxunmağa icazə verilmir. "Seçicinin əlində bir neçə bülletenin olması çox ciddi qanun pozuntusudur və əslində bu, cinayət xarakterlidir, ona görə bunun səbəbi bizim tərəfimizdən çox ciddi araşdırılacaq".
İlham Əliyevin Seçki Qərargahının Yeni Azərbaycan Partiyasının saytına bildirib ki, prezidentliyə namizəd Cəmil Həsənlinin təmsilçiləri seçki məntəqələrində normal şəraitdə davam edən səsvermə prosesinin pozulmasına yönəlmiş cəhdlər edirlər.
“Yeni Azərbaycan Partiyasının səsvermə prosesini izləyən müşahidəçilərinin verdikləri məlumatlara görə, Cəmil Həsənlinin seçki məntəqələrindəki yerli müşahidəçiləri, eləcə də onun təmsil etdiyi radikal qüvvələrin nümayəndələri normal şəraitdə davam edən seçki prosesinin pozulmasına yönəlmiş təxribatlara əl atırlar. Guya səsvermə prosesində hansısa qanun pozuntularının baş verməsi barədə rəyin formalaşdırılması məqsədinə xidmət edən bu cür təxribatçı hərəkətlər, xüsusi ilə beynəlxalq müşahidəçilərin məntəqələrdə müşahidə aparması zamanı baş verir”, məlumatda qeyd edilir.