Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkiləri ilə bağlı saat 15.00-a olan nəticələri açıqlayıb.
Seçicilərin 2 987 213 nəfəri səsvermədə iştirak edib.
Ölkə üzrə ümumi seçici fəallığı isə 58,5 faiz təşkil edib.
Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.
Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.