Accessibility links

“Proqnoz” sosial araşdırmalar mərkəzi əvvəlcədən seçkilərin nəticələrini elan edib


Prezident seçkiləri-2013 (Seçki plakatı)
Prezident seçkiləri-2013 (Seçki plakatı)
Oktyabrın 9-da günorta “Proqnoz” sosial araşdırmalar mərkəzi Azərbaycan prezidenti seçkilərində exitt-poll-un (çıxışda sorğu) aralıq nəticələrini açıqlayıb.

Bu QHT-nin saat 10:30-a olan məlumatına görə, namizədlər arasında İlham Əliyev liderdir (92,15%), ikinci yerdə müxalifətçi Cəmil Həsənli gəlir – 6,06%.

Mərkəzi Seçki Komissiyasının (MSK) “Proqnoz” mərkəzinin məlumatından xəbəri yoxdur, lakin bu qurumdan qeyd ediblər ki, səsvermə zamanı sorğu nəticələrinin elan edilməsi qanunsuzdur.

Daha bir maraqlı məqam isə seçkidən bir gün öncə baş verib. Dünən MSK Android sistemli smartfonlar üçün xüsusi proqram təminatı olduğunu elan edib ki, bu proqramı yükləməklə seçkilərin gedişatını izləmək olar.

İstifadəçilər bunu etdikdə isə İlham Əliyevin 72 faiz səs topladığı haqqında seçkilərin hazır nəticələrini görüblər.

MSK nümayəndəsi Azər Sarıyev bu məlumatlardan boyun qaçıraraq, buna görə həmin proqramı hazırlayan firmanın məsuliyyət daşıdığını, amma onun adını xatırlamadığını bildirib.
XS
SM
MD
LG