Serqey Lavrov Vaşinqtonda Barak Obama və Hillari Klintonla görüşür

Serqey Lavrov Vaşinqtonda Barak Obama və Hillari Klintonla görüşür

Rusiya xarici işlər naziri Serqey Lavrov bu gün Vaşinqtonda ABŞ liderləri ilə görüşür. Dünən isə cənab Lavrov ABŞ-ın Avropada raketdən müdafiə sistemi yerləşdirməsi planlarının iki ölkə arasındakı əlaqələrdə qıcıqlandırıcı məsələ olaraq qaldığını demişdi.

Raketlərdən müdafiə məsələsi Rusiya xarici işlər nazirinin ABŞ prezident Barak Obama ilə danışıqlarının başlıca mövzusu ola bilər. Dövlət katibi Hillari Klinton da Ağ Evdə keçiriləcək görüşdə iştirak edəcək və daha sonra cənab Lavrovla təkbətək danışıqlar aparacaq. Ağ Evdə aparılacaq danışıqlarda Rusiyanın Liviyada vasitəçilik və Moskvanın Ümumdünya Ticarət Təşkilatına qoşulmasını səyləri də müzakirə oluna bilər. Dövlət Departamenti isə Lavrov və Klinton uşaqların övladlığa görütürülməsi barədə saziş imzalayacaqlar.