Accessibility links

Rusiya hökuməti Amerika ailələrinə övladlığa uşaq verilməsinə razılaşdı


Rusiya hökuməti Amerika ailələrinə övladlığa uşaq verilməsinə razılaşdı
Rusiya hökuməti Amerika ailələrinə övladlığa uşaq verilməsinə razılaşdı

Lavrov və Klintonun Vaşinqtonda imzaladığı razılaşmaya əsasən prosedurada ciddi hökumət nəzarəti olacağı təqdirdə Rusiya övladlığa verilməyə etiraz etmir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Hillari Klinton Lavrovun Vaşinqtona səfəri zamanı imzaladığı razılaşmaya əsasən prosedura ciddi hökumət nəzarəti olacağı təqdirdə Rusiya hökuməti övladlığa verilməyə etiraz etmir.

Nyu –York Taymz qəzetində iyulun 13-də dərc olunan məqalədə deyilir ki, Rusiyanın bu məsələ ilə bağlı ABŞ –dan narazılığı 2010-cu ilin aprelindən başlayıb. Həmin vaxt ABŞ –a övladlığa verilmiş 7 yaşlı Artyomu Moskva aeroportunda təkbaşına tapılır.

Rusiya və ABŞ- bir ildən artıqdır ki, müzakirə mövzusu olmuş rusiyalı uşaqların ABŞ –da övladlığa götürülməsi məsələsi ilə bağlı razılığa gəliblər. Bu haqda “Amerikanın səsi”nin müxbiri David Gollust Dövlət Departmentindən verdiyi xəbərdə deyilir.

İndiyə qədər Rusiya tərəfi rus uşaqlarının ABŞ-a övladlığa verilməsinə qadağa qoyacağı ilə hədələyirdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Hillari Klinton Lavrovun Vaşinqtona səfəri zamanı imzaladığı razılaşmaya əsasən prosedurada ciddi hökumət nəzarəti olacağı təqdirdə Rusiya övladlığa verilməyə etiraz etmir.

ABŞ ailələrinin xaricdən ən çox övladlığa götürdükləri ölkə Rusiyadır. Son 10 ildə 50 mindən çox rusiyalı uşağın Amerika ailələrinə qəyyumluğa verilməsinə imkan yaradılıb.

Nyu –York Taymz qəzetində iyulun 13-də dərc olunan məqalədə isə deyilir ki, Rusiyanın bu məsələ ilə bağlı ABŞ –dan narazılığı 2010-cu ilin aprelindən başlayıb. Həmin vaxt ABŞ –a övladlığa verilmiş 7 yaşlı Artyomu Moskva aeroportunda təkbaşına tapılır. Məlum olur ki, Artyomu övladlığa götürmüş Amerikalı qadın uşağın dözülməz emosional problemlərinin olduğunu əsas gətirib, onu təkbaşına vətəninə göndərib.

Amerikanın səsinin əməkdaşı David Gollust yazır ki, bu hadisədən sonra Rusiya ABŞ –a övladlığa uşaq verilməsinə qadağa qoyacağı ilə hədələyir. Hökumət bunu etməsə də övladlığa verilmə üzrə agentliklər bidirirlər ki, hökumətin ciddi nəzarətindən dolayı onların işləri xeyli zəifləyib.

ABŞ dövlət katibi Hillari Klinton isə Lavrovla Vaşinqton görüşündə deyib:

“Hər iki tərəfin istəyi eynidir. Biz istəyirik ki, rusiyalı və ya amerikalı olmasından asılı olmayaraq bütün uşaqlar bütün uşaqların doğma evi və ailəsi və qayğısına qalanı olsun. Əlbəttə ki, Birləşmiş Ştatlar Rusiya tərəfinin bu məsələ ilə bağlı qaldırdığı bütün narahatlıqları aradan qaldırmaq istəyir və məncə, biz bu problemləri aradan qaldırmışıq ”.

Hillari Klinton bunu da qeyd edib ki, övladlığa götürmə barədə daha sərt qaydalar həm iki tərəfdə yeni evlərinə gedən uşaqların daha yaxşı qorunmasına kömək edəcək və həm də keçen il baş verən hadisəyə görə qəzəblənən Rusiyanın qayğılarını aradan götürəcək.

XS
SM
MD
LG