İyulun 11-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov əvvəlcə əldə olunmuş razılığa əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradke və İqor Popovla görüşüb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kasprşik də iştirak edib. Bu haqda məlumatı Rusiya Xarici İşlər nazirliyinin mətbuat xidməti yayıb. Məsləhələşmələr zamanı iyunun 24-də Kazanda üçtərəfli zirvə görüşünün yekunları nəzərə alınmaqla Minsk qrupunda həmsədr ölkələrin işinin bundan sonra əlaqələndirilməsi və eləcə də nizamlanma prosesində vasitəçi ölkələr-Rusiya, ABŞ və Fransanın növbəti səyləri müzakirə olunub.