Karnegi Sülh Fondunun experti və bir neçə kitabın müəllifi Tomas de Vaal Amerikanın səsinə verdiyi müsahibədə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan sammitində gözlənilən razılaşmanın əldə edilə bilməməsi və Qarabağ münaqişəsinin həllinin gələcəkdə daha da çətinləşəcəyi barədə fikirlərini bildirib.
O, prezidentlərin digər görüşlərindən fərqli olaraq bu görüşdə bir razılaşmanın əldə olunacağı barədə gözləntilər barədə deyib ki, görünür Rusiya Minsk prosesinin iştirakçısı ölkə kimi tərəflərin bu dəfə bazaar prinsipləri üzərində razılaşmaya hazır olduqları nəticəsinə gəlib və görünür Rusiya prezidenti Medvedev və xarici işlər naziri Lavrov da bu fikirdə imişlər. İndi Rusiya kimi bir ölkənin prezidenti və xarici işlər naziri bu sammitdə razılaşma əldə ediləcəyini gözlədiklərini bildirmələri əlbətdə başqa ölkələrdə də bu barədə nikibinliyi artırıb. Ama nədənsə onların bu gözləntisi özünü doğrultmadı və Kazan görüşündən nəticə əldə oluna bilmədi. Cənab de Vaal söyləyib ki, keçmişdə tərəflər arasında dəfələrlə keçirilmiş görüşlər uğursuzluqla nəticələnmişdi ancaq bu dəfə Rusiya prezidenti və xarici işlər nazirinin fəal şəkildə iştirakı razılıq barədə gözləntiləri artırmışdı.
Tomas de Vaal tərəflərin mövqeyləri arasındakı fərgin çox böyük olmasının bir razılıq əldə edilməsinin qarşısındakı ən mühüm əngəllərdən biri olduğunu qəbul edir və deyir ki, vasitəçilər məsələnin tərəflərə təzyiq göstərərək yox onlar arasında razılıq əldə olunması yolu ilə həllinə çalışırlar.
O bunu da qeyd edir ki, iki tərəf arasındakı fərq 1988-ci ildə nə idi isə indi də eynidir, bu isə Qarabağın status məsələsidir. İki tərəf də üzərində razılıq əldə ediləcək bir sənəddə bu məsələnin açıq şəkildə öz mövqeylərinə uyğun olaraq göstərilməsini istəyir.
Kazan sammitindən sonra müharibənin yenidən gündəmə gələcəyi ehtimalı barədə sualın cavabında Tom de Vaal deyir ki, o sabah müharibə başlayacağını gözləmir. Ona görə ki, hərşeydən əvvəl Azərbaycan müharibəyə hazır deyil. Onun dediyinə görə Azərbaycan müharibəyə hazırlaşmayıb. Karnegi Sülh Fondunun əməkdaşı deyir ki, illər keçdikçə sülhün əldə olunması asanlaşmır daha da çətinləşir.
Ekpert deyir ki, o ən çox bundan narahatdır ki, beynəlxalq ictimaiyyət məsələnin həlli uğrunda ciddi səy göstərmək üçün (cənhədə) vəziyyətin olduqca mürəkkəbləşməsini gözləsin. Tom de Vaal belə bir vəziyyətin yaranmayacağını ümid etdiyini gözləyir.