Sərhədsiz Reportyorlar: Azərbaycanda media plüralizmi yox olur

Sərhədsiz Reportyorlar

Təşkilat jurnalist Pərviz Həşimlinin həbsini qətiyyətlə pisləyir
“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı “Bizim Yol” qəzetinin müxbiri Pərviz Həşimlinin 8 il azadlıqdan məhrum edilməsi barədə hökmü qətiyyətlə pisləyib.

“8 ay həbsdə saxlandıqdan sonra Pərviz Həşimlinin həbsi tənqidi səsləri susdurmaq üçün vahid məqsədə yönələn yeni siyasi maxinasiya kimi görünür”, təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Yohan Bir bildirib.

“Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başladığı bir vaxtda bütün müdafiə hüquqlarının pozulması ilə belə hökmün çıxarılması bizi çox narahat edir”, o vurğulayıb.

Azərbaycanda informasiya azadlığı və insan haqları ilə bağlı vəziyyət narahatlıq doğurur, KİV plüralizmi gün-gündən yox olur.

Azərbaycan mayın 14-də ölkə Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb və eyni zamanda ən çox insan hüquqlarının pozulduğu 47 repressiv ölkələrdən biridir.

Ölkədə öz peşə fəaliyyətinə görə 9 jurnalist həbsdədir. İlham Əliyev onu tənqid edən bütün səsləri məhv etməyənə qədər sakitləşməyəcək, bəyanatda deyilir.

Mayın 14-də Fransa prezidenti Fransua Ollandın Bakıya səfərindən iki gün sonra təhlükəsizlik xidmətinin 15 agenti Bakı aeroportunda iki fransız jurnalisti saxlayıb. Reportyor Rişar Loran və operator Emmanuel Bax Ollandın səfərini işıqlandırmaq üçün Azərbaycana gəliblər. Onlar televiziya verilişlərindən birində istifadə etmək üçün hüquq müdafiəçiləri və müxalifətçilərlə görüşmək məqsədilə ölkədə daha iki gün qalıb.

Reportyorları saxlayan zabitlər kompüterləri, diskləri, həmçinin həmin görüşlərdən müsahibələrin qeyd olunduğu yaddaş kartlarını götürüb. Jurnalistlər avadanlıqsız getmək istəməyəndə onları zorla təyyarəyə mindiriblər.

“Çoxdan məlumdur ki, Azərbaycan hakimiyyəti yerli jurnalistlərin hüquqlarını pozur. Lakin artıq rejim xarici jurnalistlərə də kobudcasına hücum etməkdən çəkinmir. Bura Fransa prezidentinin rəsmi nümayəndə heyətinin tərkibində akkreditə olunan jurnalistlər də daxildir”, sənəddə qeyd olunur.