Accessibility links

Pərviz Həşimli məhkəmədən bəraət istəyib


 jurnalist Pərviz Həşimli MTN əməkdaşları tərəfindən məhkəməyə gətirilərkən
jurnalist Pərviz Həşimli MTN əməkdaşları tərəfindən məhkəməyə gətirilərkən

Hökm mayın 15-də elan olunacaq

Mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrliyi ilə jurnalist Pərviz Həşimlinin və Təvəkkül Qurbanovun işi üzrə məhkəmə iclasında təqsirləndirilənlər son söz deyib.

Vəkil Bəhruz Bayramovun Amerikanın Səsinə verdiyi məlumata görə Pərviz Həşimli son sözündə özünü təqsirli bilmədiyini deyib.

Vəkil bildirib ki, müdafiə elədiyi şəxs son sözündə MTN tərəfindən işgəncələrə məruz qalmasından,evindəki axtarışlardan bir daha danışıb.

Sonda məhkəmədən bəraət istəyib.

Eyni zamanda iş üzrə təqsirləndirilən Təvəkkül Qurbanov da son sözlə çıxış edib.

O, öz çıxışında Pərviz Həşimlinin AXCP sədri Əli Kərimliyə görə həbs olunduğunu bildirib.

Bununla belə T.Qurbanov həbs olunmasında Pərviz Həşimlini günahlandırıb.

Daha sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

Hökm sabah elan olunacaq.

P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG