Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrliyi ilə qanunsuz silah saxlamaqda və silah qaçaqmalçılığında ittiham olunan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin və Təvəkkül Qurbanovun cinayət işi üzrə prosesdə qalmaqal baş verib.
Vəkil Bəhruz Bayramovun Amerikanın Səsinə verdiyi məlumata görə təqsirləndirilən T. Qurbanov P. Həşimlinin mətbuatda onu təhqir etdiyini və onun əleyhinə mətbuatda yazılar getdiyini deyib. Jurnalist isə bu iddiaların heç bir əsası olmadığını və həbs olunduğuna görə jurnalist fəaliyyəti göstərmədiyini xatırladıb.
Bu zaman əsəblərinə hakim olmayan Təvəkkül Qurbanov dəmir barmaqlıqlar arasından Həşimliyə hücum edərək ona yumruqla vurmaq istəyib. Məhkəmə nəzarətçiləri tərəfləri sakitləşdirib.
Bundan sonra vəkil bildirib ki, prosesdə P. Həşimlinin vəkilinin məhkəmədə əlavə şahidlərin dindirilməsi barədə verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
P.Həşimli vəsatətlərə münasibət bildirərkən deyib ki, MTN-də ona 1 mln dollar təklif ediblər ki, Nağıyev qardaşları (MTN rəhbərinin keçmiş müavini, hazırda Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəhbərinin müavini Əli Nağıyev və qardaşı Vəli Nağıyev) və Cavid Qurbanova (“Azəryolservis” SC-nin rəhbəri) qarşı ifadə versin.
Bundan sonra P.Həşimlinin halı pisləşib və sakinləşdirici dərman içib.
Vəkil bildirib ki, artıq məhkəmə sübutların araşdırılması mərhələsinə keçib.
Proses mayın 5-də davam edəcək.
Pərviz Həşimli 17 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən həbs edilib. Martda həbs müddəti üç ay artırılıb. O, 206.3.2 (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz silah əldə etmək, saxlamaq) maddələrlə ittiham olunur. Jurnalist özünü təqsirli bilmir, istintaq zamanı ondan bir sıra vəzifəli şəxslərə qarşı guya müxalifəti maliyyələşdirdikləri barədə ifadə alıblar.
Ondan həmçinin AXCP lideri Əli Kərimliyə qarşı ifadə verməyi tələb ediblər.