Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrliyi ilə qanunsuz silah saxlamaqda və silah qaçaqmalçılığında ittiham olunan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin işi üzrə növbəti iclas keçirilib.
İclasın əvvəlində o, məhkəməyə gətirilməzdən əvvəl Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında qeydlərinin əlindən alınmasından şikayət edib. Jurnalist həmçinin Avropa Şurası, ATƏT, Human Right Watch, Amnesty İnternational və digər beynəlxalq qurumların onun işi üzrə bəyanatlarını təqdim edib və bunu iş materiallarına əlavə etməyi məhkəmədən xahiş edib.
Lakin hakim məhkəmə prosesi ilə bağlı dəlilləri və sənədləri araşdırdığını deyib.
Daha sonra vəkil Elçin Sadıqov Təvəkkül Qurbanovun həbsi üzrə əməliyyatlara, onun evində və maşınında axtarışlara rəhbərlik edən MTN mayoru Kamal Rəsulzadənin şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.
O, həmçinin dinləmə həyata keçirən MTN əməkdaşlarını müəyyən etməyi və dindirməyi təklif edib.
Həşimli bildirib ki, istintaq ona Vəli Nağıyev (keçmiş MTN rəhbərinin müavini, hazırda Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəhbərinin müavini Əli Nağıyevin qardaşı) və Cavid Qurbanov (“Azəryolservis” SC-nin rəhbəri) haqqında çox sayda suallar verib.
“Məndən onlarla necə tanış olduğumu soruşublar. İstintaq bu insanların adından müxalifətə pul verib-vermədiyimlə maraqlanıb. Onlar hətta məni qurana and içməyə məcbur ediblər. Məlumdur ki, MTN-in Nağıyev qardaşları ilə problemi var və məndən onları aradan qaldırmaq üçün istifadə edirlər”, deyə Həşimli bildirib.
Vəkil Elçin Sadıqov deyib ki, bu cinayət işi saxtalaşdırılıb.
“Biz hesab edirik ki, Qurbanov ümumiyyətlə Biləsuvarda olmayıb.
Buna görə biz mobil rabitə operatorundan 17 sentyabr 2013-cü il tarixində Qurbanovun mobil telefonunun hərəkətləri haqqında məlumat istənilməsi, habelə Qurbanovun maşınının Bakı-Biləsuvar yolunda hərəkətini müəyyən etmək üçün yol polisi və nəqliyyat nazirliyinin təhlükəsizlik kameralarına baxılması haqqında vəsatət veririk”, deyə Sadıqov bildirib.
Vəkil Sadıqov aşkar edilmiş tapançalar haqqında da vəsatət qaldırıb. “İstintaq materiallarından görünür ki, bu, “Siqnal” tipli tapançalardır və xüsusi xidmətlər üçün istehsal edilir.
Yalnız üzərində kustar şəkildə işləndikdən sonra döyüş atışı üçün yararlı oldu. İstintaq zamanı eksperiment aparılmayıb və biz tapançaların və qumbaraların döyüş üçün yararlılığı haqqında ekspertiza aparılmasını istəyirik”, deyə vəkil bildirib.
Sonra məhkəmə axtarış zamanı şahid qismində cəlb edilmiş Sevda Aslanovanı dinləyib.
Proses aprelin 28-də davam etdiriləcək.