Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış jurnalist, “moderator.az” saytının qurucusu və redaktoru, tənqidi məzmunlu “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimovu 8 il azadlıqdan məhrum edən hökmü Azərbaycanda ifadə azadlığının boğulmasına yönəlik ən ağır basqılardandır. Media Hüququ İnstitutu məhkəmə araşdırması zamanı təsdiqini tapmamış doğruluğu şübhəli ittihamlar əsasında çıxarılan bu hökmü kəskin qınayır.
Bu bardə institutun bu gün yaydığı bəyanatda deyilir.
MHİ yada salır ki, Pərviz Həşimli 17 sentyabr 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb, istintaq dövründə məhkəmə qərarı ilə MTN-də həbsdə saxlanılıb. Davamlı təqiblərə məruz qalmış jurnalistə silah qaçaqmalçılığı (Cinayət Məcəlləsi, Maddə 206.3.2) və qanunsuz silah gəzdirmə (Cinayət Məcəlləsi, Maddə 228.2.1) ittihamları irəli sürülüb. P.Həşimov və vəkilləri jurnalist həbs olunduğu gündən ittihamların saxta, sifarişli olduğunu bəyan ediblər. Vəkillərinin bildirdiyinə, hüquq mühafizə qurumlarına, məhkəmə şikayətlərinə görə P.Həşimli istintaq dövründə davamlı basqı altında olub - jurnalist döyülüb, işgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftara məruz qalıb.
MHİ Pərviz Həşimova qarşı ittihamların, məhkəmə hökmünün əsassız olduğunu, məhkəmə prosesinin gedişinin onun çıxaracağı son qərarın doğruluğuna inamı öncədən sarsıtdığını vurğulayır.
MHİ belə bir şəraitdə - ədalətli, qərəzsiz məhkəmə araşdırması aparılmadan çıxarılan hökmün yalnız bir məqsədinin olduğunu vurğulayır: tənqidçi şəxslərin, jurnalistlərin gözünü qorxutmaq, onları ictimai önəmli məsələləri, hökumətin önəmli siyasi fiqurlarının, məmurlarının fəaliyyətini araşdırmaqdan çəkindirmək və cəmiyyəti doğru bilgilər almaq hüququndan məhrum etmək.
Media Hüququ İnstitutu Bakı Ağır Cinayətlər Məhkəməsinin Pərviz Həşimov barəsində çıxardığı ədalətsiz məhkəmə hökmünü pisləyir, onun tez bir zamanda ləğv olunmasını tələb edir.