Ekspert iki ölkə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olmadığı qənaətindədir
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri Səfər Əbiyev fevralın 19-da bu ölkənin prezidenti Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hər iki görüş zamanı ölkələr arasında mövcud olan qardaşlıq münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb.
Daha sonra nazir Səfər Əbiyev Türkiyə müdafiə sənayesi müstəşarının müavini Faruk Özli ilə görüşüb.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsinə video müsahibəsində iki ölkə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olmadığını bildirib.
Onun fikrincə, Azərbaycanla Türkiyə arasında hərbi sahədə strateji tərəfdaşlıq barədə sənəd imzalanmasına baxmayaraq, sənədin icrası mexanizmləri hələ də hazır deyil.
“Azərbaycan Rusiya və İranla balans saxlamaq xatirinə NATO-ya inteqrasiya və Türkiyə ilə hərbi əməkdaşlıq sahəsində aktiv fəaliyyət nümayiş etdirmir”, o qeyd edib.

Your browser doesn’t support HTML5