İsa Qəmbər Eurovision finalçılarının siyasi məhbus problemini səsləndirməsini istəyir

İsa Qəmbər Eurovision finalçılarının siyasi məhbus problemini səsləndirməsini istəyir

Müsavat Partiyasının başqanı “Eurovision -2012” iştirakçılarından xahiş edir ki, siyasi məhbuslara azadlıq istəsinlər.

Müsavat Partiyasının başqanı İsa Qəmbər “Facebook” sosial şəbəkəsi vasitəsilə öz dostlarına müraciət edib. Partiya lideri müraciətində dostlarından xahiş edir ki, Bakıda keçiriləcək “Eurovision-2012” mahnı musabiqəsinin iştirakçılarına müraciət edərək müsabiqənin səhnəsindən həbsdə olan vicdan və siyasi məhbuslara azadlıq istəsinlər. Sənəddə deyilir: “16 nəfər dostumuz və silahdaşımız 1 ilə yaxındır ki, vicdan məhbusu olaraq zindandadır. Bu ilin may ayında Bakıda “Eurovision” mahnı müsabiqəsi keçiriləcək. Biz artıq Müsavat Partiyasının və İctimai Palatanın adından bəyan etmişik ki, əgər yaxın həftələrdə bütün vicdan məhbusları azad edilməsə, bu müsabiqəni çoxsaylı vicdan və siyasi məhbusları olan bir ölkədə təşkil etmək niyyətində olan Əliyev rejimi müsabiqə ərəfəsində və zamanında ən müxtəlif sürprizlərlə qarşı-qarşıya qalacaq. Bu sürprizləri biz birlikdə hazırlamalıyıq. Onlardan bəzilərini hazırlamaq üçün mən sizlərdən, xüsusən müsabiqəyə qatılan ölkələrdə yaşayan dostlarımdan xahiş edirəm ki, müsabiqədə iştiraka hazırlaşan müğənniləri müəyyənləşdirsinlər və onlara həm şəxsi müraciət, həm də ictimai kampaniya vasitəsilə aşağıdakı təklifləri çatdırsınlar: 1. Müğənnilər Bakıda müsabiqə günlərində, müxtəlif tədbirlərdə, xüsusən canlı yayımda-yarımfinallarda (22, 24 may), finalda (26 may) və mətbuat konfranslarında bildirsinlər ki, belə gözəl bir musiqi bayramının keçirildiyi bir zamanda Azərbaycanda vicdan məhbuslarının olmasından narahatdırlar, onların azadlığını istəyirlər, onlara salam deyirlər, mahnılarını onlara həsr edirlər və s. 2. Vicdan məhbuslarından hər hansı biri ilə yaşıd olan müğənnilər (aşağıda vicdan məhbuslarının doğum tarixləri olan siyahını əlavə edirəm, müğənnilərin yaşını isə siz müəyyənləşdirə bilərsiniz) eyni qaydada 1-ci təklifdəki fikirlərlə yanaşı öz yaşıdının adını çəkərək salamlaya bilər. 3. Aşağıdakı siyahıdan görəcəyiniz kimi vicdan məhbuslarından Sahib Kərimov mayın 26 (düz final günü) anadan olub, Əhəd Məmmədlinin isə bu il mayın 28-da 30 illik yubileyidir. Müğənnilər bu iki vicdan məhbusunu hər şeydən əlavə ad günü münasibəti ilə təbrik edə bilər. Müğənnilərlə bağlı başqa ideyalar, təkliflər də ola bilər. Aktiv olun! Kreativ olun! İnanıram ki, bu sürprizləri yaxşı hazırlasaq heç onları reallaşdırmağa ehtiyac qalmayacaq . Vicdan məhbusları: 1. Zülfüqar Xeyrulla oğlu Eyvazlı - doğum tarixi 26 fevral 1959 il 2. Elşən Əbdüləziz oğlu Həsənov - doğum tarixi 4 noyabr 1959 il3. Arif Mustafa oğlu Hacılı - doğum tarixi 22 yanvar 1962 il4. Vidadi İsgəndər oğlu İsgəndərov - doğum tarixi 02 may 1962 5. Arif Hacıbala oğlu Alışlı - doğum tarixi 05 dekabr 1962 il6. Şahin Malik oğlu Həsənli - doğum tarixi 06 fevral 1968 il 7. Babək Qəzənfər oğlu Həsənov - doğum tarixi 17 iyul 1973 il 8. Məhəmməd Çərkəz oğlu Məcidli - doğum tarixi 07 sentyabr 1973 il 9. Sahib Fərman oğlu Kərimov - doğum tarixi: 26 may 1974 il 10. Bəxtiyar İlyas oğlu Hacıyev - doğum tarixi: 28 mart 1982 il11. Əhəd Fərhad oğlu Məmmədli - doğum tarixi 28 may 1982 il12. Tural Feyruz oğlu Abbaslı - doğum tarixi 13 sentyabr 1982 il13. Elnur Arif oğlu İsrafilov - doğum tarixi: 23 fevral 1983-cü il 14. Ülvi Abdulla oğlu Quliyev - doğum tarixi: 6 mart 1985 il 15. Rüfət İbrahim oğlu Hacıbəyli - doğum tarixi 26 dekabr 1985 il 16. Elnur Arzuman oğlu Məcidli - doğum tarixi: 10 dekabr 1989 il”.