Accessibility links

İctimai Palata vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edir


İctimai Palata vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edir
İctimai Palata vicdan məhbuslarının azadlığa buraxılmasını tələb edir

Beynəlxalq hüquq müdafiə təşkilatları ölkədə 16 vicdan məhbusunun olduğunu bildirir.

Vətəndaş Hərəkatı İctimai Palata vicdan məhbusları ilə bağlı müzakirə keçirib.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü İsa Qəmbər müzakirələri önəmli adlandırıb. “Rejim dəyişməlidir. İlham Əliyev də, rejim özü də bunu dərk etməlidir”, - deyə cənab Qəmbər qeyd edib.

İctimai Palata 2011-ci ilin mart-aprel aylarında həbs edilmiş şəxslərin azadlığa buraxılmasını vacib sayır. Vicdan məhbusları azadlığa buraxılmadığı halda iqtidara “Eurovision” mahnı müsabiqəsini arxayın qeyd etməyə imkan verilməyəcəyi xəbərdarlığı edilib. Ölkədə insan, mülkiyyət hüquqlarının pozulması, siyasi məhbusların olması aksiyalar və digər üsullarla müsabiqə iştirakçılarına çatdırılacaq. “Vicdan məhbusları, siyasi məhbuslar azadlığa buraxılmadıqları halda “Evrovision”dan iqtidar zərərlə çıxacaq, bunun üzərində düşünsünlər”, - deyə Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Müzakirələrin nəticəsi olaraq bəyanat qəbul edilib. Bəyanatda vicdan məhbuslarının həbslərin əsassız olduğu qeyd edilib. “Vicdan məhbusları yaxın günlərdə azad olunmasa “Eurovision-2012” müsabiqəsi Əliyev rejiminin dünyada ifşasına, ölkədə gərginliyin artmasına səbəb olacaq. Bu halda baş verən bütün hadisələrin məsuliyyəti rejimin üzərinə düşəcək”, - deyə sənəddə qeyd edilir.

Xatırladaq ki, beynəlxalq hüquq müdafiə təşkilatları ölkədə 16 vicdan məhbusunun olduğunu bildirir.

XS
SM
MD
LG