Rüstəm İbrahimbəyov: Müxalifətin mənəvi qələbəsi əvvəl-axır real qələbəyə dönəcək

Kinodramaturq Rüstəm İbrahimbəyov

O, seçkilərin saxtalaşdırıldığını bildirir
Hazırda Moskvada olan Milli Şuranın lideri Rüstəm İbrahimbəyov Turan agentliyinə bildirib ki, ədalətli seçkilər olsaydı Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin qələbəsi şübhə doğurmazdı.

“Amma iqtidar qanun pozuntularından və bütün imkanlarından istifadə edərək seçkilərin nəticələrini saxtalaşdırır. Bu, üzücü hisslər yaradır, amma sevinirəm ki, müxalifət birləşməyi bacarmaqla mənəvi qələbə qazandı, bu mənəvi qələbə əvvəl-axır real qələbəyə dönəcək”, deyə o qeyd edib.