Amerika səfiri Amerikanın Səsinin suallarına cavab verib
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninstar Amerikanın Səsinin suallarına cavab verib. O jurnalistlərlə söhbətində bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tezliklə baş tutacağına ümid edir.
O Azərbaycan və Ermənistan prezidentlərinin güman edilən görüçü barədə deyib ki, hələ görüşün tarixi barədə bir söz demək çətindir. "Mən həmişə demişəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq istiqamətində konkret addımlarla bağlı müzakirələrin aparılması üçün ABŞ hər iki ölkənin prezidentlərinin görüşlərinin və danışıqlarının davam etdirilməsini vacib sayır".
Morninqstar ABŞ-ın Milli Demokratiya İnstitutuna (NDİ) qarşı cinayət işinin açılması ilə bağlı mətbuatda gedən məlumatlara aydnlıq gətirib
Səfir bildirib ki, ilk öncə hər hansı cinayət işi ilə bağlı prokurorluq idarəsi ilə danışmaq lazımdır. “NDİ ilə bağlı müxtəlif KİV-lərdə əks olunan ittihamlar yalnışdır, səhvdir, cəfəngiyyatdır.Biz hesab edirik ki, NDİ Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə fəaliyyət göstərir.
Amma NDİ –in Azərbaycandakı yekun statusu ilə bağlı hər hansı fikrim şərhim yoxdur”, o bildirib.
Xatırladaq ki, Azərbaycan hakimiyyəti NDİ-ni gənclər təşkilatlarının maliyyələşdirilməsi yolu ilə rəngli inqilab hazırlamaqda ittiham edib.
Öz növbəsində, NDİ dəfələrlə bu ittihamları təkzib edərək, şəffaf və qanun çərçivəsində fəaliyyət göstərdiyini bildirib.
Səfir Morninqstar ABŞ Konqresinin Helsinki Komissiyasında dinləmələrlə bağlı Amerikanın Səsinin sualına cavab verib. Azərbaycan ictimai fikrində daha kəskin mövqe gözlənilirdi.
Səfir deyib: “Mən deyə bilmərəm cəmiyyətin gözləntiləri necə olub. Amma, dinləmələr çox yaxşı və balanslaşdırılmış, tarazlı olub. Əgər siz çıxışlarla tanış olsanız görərsiniz ki, orada demokratiya və insan haqları ilə bağlı bir çox məsələlər, məqamlar öz əksini tapıb. Hər iki ölkənin bu məsələlər üzrə istiqamətdə birlikdə necə işləməsi barədə də məqamlar qeyd olunub. Ancaq ölkələrimiz arasındakı əlaqələr yalnız bu mövzu ilə məhdudlaşmır. İki ölkənin ortaq maraqlara malik olduğu bir sıra digər sahələrdə vardır ki, biz bu sahələr üzrə birgə işimizi davam etdirəcəyik. Azərbaycan ABŞ-ın güclü dostu, tərəfdaşı olaraq qalır və biz ölkələrimiz arasındakı birgə maraqları əhatə edən bir sıra məsələlər, o cümlədən demokratiya və insan haqları məsələləri üzrə birgə işimizi davam etdirməliyik”.
O ölkədə demokratiya, insan haqları, siyasi məhbus məsələsi ilə bağlı problemlərin həlli barədə Amerikanın Səsinin sualının cavabında deyib ki, səfirliyi dövründə demokratiya və insan haqları fəal şəkildə iştirak etdiyi, diqqətdə saxladığı bir sahə olub. “Mənim buradakı fəaliyyət müddətimin son gününə qədər biz hökumətlə bu fəaliyyətimizi davam etdirəcəyik. Mənim fəaliyyət müddətim başa çatdıqdan sonra da bu işlər davam etdiriləcək”, səfir bildirib.