Ərəb Liqası Suriyanı sərt sanksiyalarla vurdu

  • Amerikanın səsi

Ərəb Liqası Suriyanı sərt sanksiyalarla vurdu

Ərəb Liqası Suriya hökumətinin nümayişçilərə qarşı ölümcül basqılarına cavab olaraq misli görünməmiş sanksiyalar həyata keçirib.

Qatar xarici işlər naziri Həmas bin Yasim Qahirədə müxbirlərə bildirib ki, 22 Ərəb Liqası üzvündən 19-u bu sanksiyalara səs verib. Ölçülər sırasında Suriya mərkəzi bankı ilə tranzaksiyaların dayandırılması, yüksək rütbəli Suriya rəsmilərinə səyahətin qadağan edilməsi və Suriyaya investiya qoyuluşunun dayandırılması daxildir.

Sanksiyaların təsdiqi özünün uzun müddət ərəb millətiçiliyinin istinadgahı sayan Suriyaya ağır zərbədir. Rəsmi Dəməşq Ərəb Liqasının qərarını “xəyanət” adlandırıb.

Ərəb Liqasının sanksiyaları ABŞ və Avropa İttifaqının sanksiyalarının üstünə gələrək Bəşar əl-Əsəd hökumətinə təzyiqləri bir qədər də artırmış olur.