İranda qiymətlər artmaqda davam edir

İranda qiymətlər artmaqda davam edir

İranda azərbaycanlılar gur səslə İran hökumətinin onların ana dilində oxumaq, mediaya sahib olmaq və danışmaq hüququnu tapdadığını bildirir.

Turan Agentliyinin müxbiri Hafiz Babalı Amerikanın Səsi radiosuna müsahibəsində İranda gördüklərindən danışıb. O Tehranda İran hökumətinin ərəb inqilabları mövzusunda keçirdiyi konfransda iştirak edib
Cənab Babalı İranda insanların kütləvi etirazlarına rast gəlməyib. Onun sözlərinə görə, əhali arasında sanksiyalardan əndişə yoxdur. “Dükan və bazarlar adi rejimdə işləyir. Ərzaq, geyim və digər məhsulların çatışmamazlığı yoxdur. Sadəcə insanlar son zamanlar qiymətlərin gündəgün artmasından narazıdır”.
O İranda sadə əhali arasında Azərbaycanın Amerika və İsraillə dostluq münasibətinin tənqid edildiyini bildirib. “Tehranda insanlarla söhbətdə ayrın olur ki, İranın rəsmi siyasətinin insanlara təsirinin olduğu açıq hiss edilir. İran rəsmiləri Azərbaycanın Amerika və İsraillə münasibətlərindən narazıdır. Sadə insanlarda bunu təkrarlayır. İnsanların azad informasiyaya çıxışı olmadığından hökumətin siyasətini yayan mediadan məlumat almağa məcburdur. Bu ölkədə əsas xəbər daşıyıcısı olan saytlar və sosial şəbəkələrə məhdudiyyətlər qoyulub”.
Hafiz Babalı İranda yaşayan azərbaycanlıların İranın onlara qarşı siyasətindən açıq narazılıq etdiyini bildirib. “Azərbaycanlılar hər yerdə gur səslə İran hökumətinin onların ana dilində oxumaq, mediaya sahib olmaq və danışmaq hüququnu tapdadığını bildirir”.