Accessibility links

İsrailin müdafiə naziri Ehud Barak İrana qarşı sanksiyaların artırılmasına çağırıb


Solar Impulse in flight over Switzerland, 2010. (Jean Revillard/Rezo.ch)
Solar Impulse in flight over Switzerland, 2010. (Jean Revillard/Rezo.ch)

ABŞ İranın nüvə proqramını inkişaf etdirdiyinə dair iddialarına əhəmiyyət verməyərək, Tehranın beynəlxalq sanksiyaların təsirini hiss etdiyi və diplomatik təcridindən diqqətləri yayındırmağa çalışdığını bildirib. Dünən İranın dövlət televiziyası uran zənginləşdirilməsi üçün yeni sentrifuqaların işə salındığını nümayiş etdirmişdi.

İsrailin müdafiə naziri Ehud Barak İrana qarşı sanksiyaların artırılmasına çağırıb. Bu gün yaponiyalı həmkarı ilə görüşü zamanı nazir bildirib ki, hazırkı sanksiyalar təsirli olsa da, əlavə sanksiyalar tətbiq edilməlidir.

Qərb İranın nüvə silahı istehsal etdiyini deyərək, uran zənginləşdirməsinin qarşısını almaq üçün bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. İran isə nüvə proqramının dinc mahiyyət daşıdığını iddia edir. İsrail və Amerika İranı nüvə silahı istehsalından yayındırmaq məqsədi ilə o ölkəyə qarşı hərbi müdaxiləni istisna etmir.
Dünən Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov demişdi ki, nüvə silahına malik olan İran Rusiya tərəfindən qəbuledilməzdir. Lakin o, sanksiyaların təsirsiz olduğunu vurğulayaraq, dünya ölkələrini İranın nüvə mübahisələrinə dair daha ciddi müzakirələrə çağırıb.
BMT Nüvə Agentliyinin bir qrup üzvünün bazar ertəsi İrana səfər edəcəyi gözlənilir. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş müfəttişi yanvar ayının sonunda ekspertlərin İranla nüvə proqramı barədə intensiv danışıqlar apardığını və hər iki tərəfin bu sahədə böyük işlər görməli olduğu ilə razılaşdıqlarını bildirib.


XS
SM
MD
LG