Accessibility links

Vaşinqton iranlı alimin ölümündə əli olmadığını bildirir


Vaşinqton iranlı alimin ölümündə əli olmadığını bildirir
Vaşinqton iranlı alimin ölümündə əli olmadığını bildirir

ABŞ dünən Tehranda nüvə aliminin ölümündə hər hansısa rolu olduğunu inkar edib. Ağ Evin sözcüsü Tomi Vietor deyib ki, ABŞ-ın Mustafa Əhməd Röşənin ölümünə səbəb olan partlayışla heç bir əlaqəsi yoxdur. O, əlavə edib ki, ABŞ baş vermiş hadisəni və hər növ zorakılıq hallarını pisləyir. ABŞ Dövlət Katibi Hilari Klinton Ağ Evin məsələ ilə bağlı mövqeyini təkrar edib.

İran mətbuatı dünən iki naməlum şəxsin motosikletə yaxınlaşaraq Rövşənin avtomobilinə maqnit bomba yapışdırdıqlarını bildirib. Bir an sonra baş vermiş partlayış alim və onun sürücüsünün ölümünə, avtomobilin ətrafındakı insanların isə yaralanmasına səbəb olub. İran hadisəyə görə İsrail və Birləşmiş Ştatları təqsirləndirib.

XS
SM
MD
LG