Accessibility links

İranda parlament seçkilərinin ilkin nəticələrinə görə, Ayətulla Əli Xameneyinin tərəfdarları üstünlük əldə edib


İranda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, ali ruhani rəhbər Ayətulla Əli Xameneyinin tərəfdarları üstünlük əldə edib. Dövlət meadiası səsvermə hüququna malik olan 48 milyon iranlının 65 faizinin seçkilərdə iştirak etdiyini bildirib.

Seçkilərin İranın xarici və nüvə siyasətinə təsiri olmayacağı təxmin edilir. Lakin gələn il keçiriləcək prezident seçkilərindən öncə Xameneyinin mövqeyi güclənəcək.

Ölkənin əsəs müxalifəti və islahatçı qrupları seçkiləri boykot edib. Parlamentdəki 290 yer uğrunda 3400 namizəd yarışlara qoşulub. Onlar arasında prezidentin bacısı Pərvin Əhmədinejad da var. Seçkilərin yekun nəticəsi gələn həftə bəlli olacaq.

XS
SM
MD
LG