Buna səbəb cinayəti törədənin tapılmaması olub
Baş Prokurorluğun mətbuat xidməti Amerikanın Səsinin yazıçı-publisist Rafiq Tağının qətli ilə bağlı cinayət işinin dayandırılmasının səbəbləri ilə bağlı sorğusuna cavab verib.
Cavabda deyilir ki, ibtidai istintaq zamanı irəli sürülmüş fərziyyələrin yoxlanılması istiqamətində mümkün olan bütün zəruri və təxirəsalınmaz istintaq və prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb.
“Lakin, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə əməliyyat tapşırıqları göndərilib və hazırda da bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir. Cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulan hallar aradan qalxdıqda və təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti yarandıqda iş üzrə icraatın təzələnməsi təmin olunacaqdır”, mətbuat xidməti qeyd edir.
Mətbuat xidməti bildirir ki, 19 noyabr 2011-ci ildə Rafiq Tağıyevin həyatına qəsd edilərək qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət törətmiş şəxsin müəyyənləşdirilməsi məqsədilə prokurorluq və daxili işlər orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb
****
Yazıçı-publisist Rafiq Tağının qətli ilə bağlı başlanmış cinayət işi üzrə icraat dayandırılıb. Bu barədə vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.
O, Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi tərəfindən adına göndərilmiş məktubun fotosunu da sosial şəbəkələrdə paylaşıb.
Vəkil deyib ki, cinayət işinin Cinayət Prosessual Məcəlləsinin 53.1.1(cinayəti törədənin müəyyən edilməməsi) maddəsinə istinadən dayandırıldığı bildirilib. Onun sözlərinə görə faktiki olaraq ibtidai istintaq səmərəli araşdırma aparmayıb. “Bununla bağlı məhkəmədə iddia qaldırılsa da, məhkəmə iddianı təmin etməyib”.
Sadıqov qərarın surətini aldıqdan sonra məhkəməyə yenidən müraciət edəcəyini bildirib.
Rafiq Tağı 2011-ci il noyabrın 19-da işdən evə dönərkən yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə vəfat edib.
Hadisə ilə bağlı əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, Lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub. Qətlin icraçıları və sifarişçiləri hələ ki tapılmayıb.
Media Hüquqları İnstitutu bir müddət öncə hökumətə müraciət edib ki, jurnalistlərə qarşı basqılara yol verənlərin cəzasız qalması təcrübəsinə son qoyulmasını təmin etsin. İnstitut hökuməti publisist-yazar Rafiq Tağının, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılaraq məsuliyyətə cəlb olunması yönündə səylərini təxirə salınmadan artırmağa, jurnalistlərə, mediaya qarşı bütün zorakılıq, təhdid, hədələmə, qanunsuz saxlama hallarını əsaslı şəkildə tədqiq edib günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.