Prezident Obama ABŞ qoşunlarını bütünlüklə İraqdan çıxaracağını elan etdi (VİDEO)

  • Amerikanın səsi

Prezident Obama ABŞ qoşunlarını bütünlüklə İraqdan çıxaracağını elan etdi (VİDEO)

http://www.youtube.com/embed/G9Z7tdukQuo

ABŞ prezidenti Barak Obama bu ilin sonunadək bütün ABŞ qüvvələrinin İraqdan çıxacağını elan edib.

Prezident bu bəyanatı İraq baş naziri Nuri əl-Maliki ilə video-konfransdan sonra verib.

Cənab Obama İraqla ABŞ arasında münasibətlərin qarşılıqlı maraqlara və hörmətə əsaslanaraq "yeni mərhələyə" daxil olacağını bildirib. O, ABŞ-ın İraqla çiyin-çiyinə dayanaraq regional sülhə xidmət edəcəyini bəyan edib.

Barak Obamanın açıqlamasından azacıq sonra Nuri əl-Maliki bəyanatla çıxış edib. O, bəyanatda prezident Obama ilə yeni əməkdaşlıq istiqamətləri haqda fikirləri paylaşdığını söyləyib.

Bundan əvvəl güman edilirdi ki, dekabrın 31-ə təyin edilmiş çıxarılma müddəti uzadıla bilər. Cənab Obama və cənab Maliki bu məsələ üzərində danışıqlar aparırdılar.

2003-cü ilin martında başlamış İraq müharibəsi ABŞ tarixində ən uzun sürən hərbi konfliktlərdən biri idi. Bu münaqişədə 4400 ABŞ əsgəri həlak olub.