Bu həftə ABŞ-da Veteranlar Günü qeyd olunur. Başlanğıcı Birinci Dünya müharibəsinə təsadüf edən Veteranlar Günü bütün müharibələrdə vuruşmuş Amerika əsgərlərinin xatirəsini yad edir. İraq və Əfqanıstanda xidmət edən on minlərlə ABŞ əsgəri üçün bu gün xüsusi əhəmiyyət kəsb edir.
Santa Monika Kollecində təhsil alan bu tələbələri ümumi tel bağlayır. Onlar hər həftə dərdləşmək üçün bir araya gələn hərbi veteranlardır. Bəziləri üçün müharibənin dəhşətləri kifayət qədər realdır.
“Mən evə qayıtdıqdan sonra keçid müddəti üç il vaxt apardı. Biz müharibədən qayıdanda bizə bu yönümdə təlim keçməmişdilər.”
Monika Skeyts 20 il öncə Birinci Körfəz Müharibəsində vuruşmuşdu. O, vətənə döndükdə post-travmatik stressdən əziyyət çəkirdi.
“Mən ailəmi, evimi itirdim.”
Sonradan o, müalicə aldı və indi kollecə getməyə başlayıb.
Veteran yoldaşı Daniel Anderson həm İraq həm də Əfqanıstanda xidmət edib. O, kollecdə yaxşı oxumadığına görə hərbi qüvvələrə yazılmışdı.
Əfqanıstan müharibəsinin başqa veteranı Kristofer Bellinqham kollecə getmək üçün pul əldə etmək məqsədilə orduya daxil olmuşdu.
Hər üçü orduda xidmət edib, amma onların Amerikanın İraq və Əfqanıstanda gələcək kursu ilə bağlı fikirləri fərqlənir.
Skeyts hesab edir ki, ABŞ qüvvələri bu ilin sonunda İraqdan çıxmamalıdır.
“Zənnimcə bu, Veytnamdadkı kimi olacaq. Biz ilk öncə ölkəni sabitləşdirməliyik. Onların stabil hökuməti, stabil qüvvəsi yoxdur.”
Anderson razılaşmır.
“Fikrimcə çıxmaq vaxtıdır. Onlar məsələləri öz əllərinə götürməyə hazırdırlar.”
Anderson əmin deyil ki İraqdakı müharibə insan və hərbi itikilərə dəyərdi, hərçənd ki, o, Səddam Hüseynin devrilməsini müsbət baxır.
Bellinqham hesab edir ki, ABŞ Əfqanıstanı da tərk etməlidir.
“Bu, artıq öz məqsədini itrib. Biz oraya o qədər pul sərf etmişik ki. bizim nə vaxt çıxmağımızdan asılı olmayaraq onlar imkanları çatan səviyyəyə düşəcəklər.”
Amma Anderson fikirləşir ki, əfqan xalqına Talibana arşı mübarizə aparmaqda ABŞ-ın yardımı lazımdır.
“Zənnimcə bu dəhşətli qruplaşmaya qarşı vuruşmağa dəyər.”
Hər üç veteran hesab edir ki, amerikalılar İraq və Əfqanıstanda döyüşən əsgərlərin nələr çəkdiyindən agah deyil. Müharibə haqda mövqelərindən asılı olmayaraq hər üçü karyerlarını veteranların rifahına həsr etmək istəyirlər.